Ermənistandan İrana qanunsuz metal aparılmasının qarşısı alınıb

17:25 09.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistandan İrana 66 ton qara metal qırıntısı ixrac etməyə cəhd edilib.

Hafta.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, qanunvericiliklə qadağan olunub.

 

Mehri keçid məntəqəsində 3 yüklənmiş avtomobil saxlanılıb. Mallar qeydiyyata alınıb.